This page is a translated version of the page SWViewer and the translation is 98% complete.
Outdated translations are marked like this.
Qısayol:
SWV

SWViewer (birbaşa keçid) — müxtəlif Vikimedia layihələrində vandalizm, spam və digər konstruktiv olmayan redaktələri müəyənləşdirmək və geri qaytarmaq üçün istifadə edilən və istifadəçilərin işini asanlaşdıran veb tətbiqetmədir. Sadə və intuitiv olan interfeys ilə dəyişiklikləri real vaxt rejimində izləyə bilərsiniz. Bu zaman tətbiqetmənin bir çox xüsusiyyətlərindən istifadə etmək mümkündür. Məsələn, geri qaytarma, sürətli silmə, məqaləni redaktə etmə.

Quraşdırılması

 
İş masası versiyasından skrinşot. Ekranda redaktələr arasındakı fərq göstərilir
 
Mobil versiyasından skrin. Ekranda redaktələr arasındakı fərq göstərilir

Veb tətbiqetməyə (Chrome, Firefox, Safari kimi brauzerlərdə test edilmişdir) aşağıdakı keçid düyməsindən daxil olmaq mümkündür:

Brauzerdə aç

PVT olaraq yüklə

"Chrome" və ya "Chromium-based" əsaslı brauzerlərdən istifadə edirsinizsə "SWViewer"in mobil və iş masası versiyalarını veb tətbiqetmə olaraq yükləyə bilərsiniz. Təlimatlar aşağıdakı şəkildədir:

İstifadəçi skriptləri ilə quraşdır

SWViewer.js, SWViewer tətbiqinə hərhansı bir səhifədən asanlıqla daxil olmaq üçün yan çubuğun "alətlər" bölməsinə keçid əlavə edən istifadəçi skriptidir.

Tələblər

"SWViewer"dən təkcə Vikimedia hesabına sahib olan istifadəçilər yararlana bilərlər. Əlavə olaraq, istifadəçilərin vandalizmi yanlış müəyyənləşdirmə ehtimalını azaltmaq üçün istifadəçi hesabı müəyyən keyfiyyətlərə cavab verməlidir. İstifadəçi hesabının çalışmaq istədiyi lokal layihədə rolbaker, və ya qlobal rolbaker kimi sürətli geri alma hüququ olmalıdır.

Tətbiqetmə "qlobal növ" və "lokal növ" adlanan iki rejimdə fəaliyyət göstərir.

Qlobal növ kiçik vikilər və bəzi əlavə vikilərdəki dəyişiklikləri göstərir və defolt olaraq stüardlar, qlobal idarəçilər və qlobal rolbakerlər üçün aktivləşir.

Lokal növ isə istifadəçi qlobal haqlara sahib olmadığı ancaq bir və ya bir neçə lokal layihədə rolbaker hüququna malik olduğu təqdirdə aktivləşir. Lokal növdə istifadəçilər yalnız rolbaker hüququna sahib olduqları vikilərdəki dəyişiklikləri görürlər. Lakin qlobal hüquqlara sahib olmayan istifadəçilər də nizamlamalardan qlobal növu aktivləşdirə və geri alma əməliyyatını həyata keçirə bilərlər. Ancaq bunun üçün istifadəçinin qlobal olaraq redaktəsi 1000-dən artıq olmalı və aktiv blokunun sayı 1-dən artıq olmamalıdır.

Xüsusiyyətləri

Aşağıdakı xüsusiyyətlər "SWViewer"i özəl edir:

  1. Vikilərarsı patrullama: "SWViewer" redaktələri "EventStreams" vasitəsilə qəbul edir və "EventStreams" bütün VMF vikilərində edilən dəyişiklikləri ehtiva etdiyi üçün hərhansı viki və ya viki kombinasiyalarında istifadə edilə bilər.
  2. Sadə interfeys: "SWViewer"in interfeysi minimaldır. Bunun səbəbi müxtəlif qeyri-konstruktiv düzəlişləri geri qaytarmaq əvəzinə, vandalizm və spamın geri qaytarılmasının daha önəmli olmasına dair inancdır. Hərhansı bir səhifə haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə tətbiqetmənin interfeysində mövcud olan keçidlərdən istifadə edərək müvafiq səhifələrə daxil ola bilərsiniz.
  3. Kross platform: "SWViewer" "JavaScript" və "PHP"dən istifadə edilərək yaradılmış və "Toolforge"də yerləşdirimiş kross platformdur. Mobil telefonlar da daxil olmaqla istənilən cihazda rahatlıqla istifadə edilə bilər və hərəkətliliyə uyğunlaşan interfeysə malikdir.

Əlaqə

İstifadəçi qutuları

SWViewer istifadəçiləri bu istifadəçi qutularından hərhansı birini səhifələrinə əlavə edə bilərlər. Həmçinin "SWViewer"dən istifadə edən vikimediyaçılar siyahısına da əlavə olunacaqsınız.

Code Result
{{Template:User SWViewer}}
 This user uses SWViewer to revert vandalism.
Usage

Həmçinin bax