Vikimedia Fondu seçkiləri/2022/Seçici hüququ qaydaları
Səsvermə hüququ
- Ümumi qayda
Səs vermək hüququ qazanmaq üçün birdən çox layihədə bloklanmamalısınız.
Redaktorlar
Siz Vikimedia Vikidə qeydiyyatdan keçmiş istənilən hesabdan səs verə bilərsiniz. Neçə hesaba sahib olmağınızdan asılı olmayaraq, yalnız bir dəfə səs verə bilərsiniz. Səsinizin nəzərə alınması üçün hesabınız:
- birdən çox layihədə bloklanmamalı;
- və bot olmamalı;
- və 5 iyul 2022-ci il tarixinə qədər Vikimedia vikilərində ən azı 300 redaktə etmiş olmalı;
- və 5 yanvar 2022-ci il və 5 iyul 2022-ci il tarixləri arasında ən azı 20 redaktə etmiş olmalıdır.
HesabUyğunluğu aləti, redaktorun səsvermə huququnun olub-olmamasını qısa zamanda yoxlamaq üçün istifadə edilə bilir.
Tərtibatçılar
Tərtibatçılar aşağıdakı hallarda səs verə bilərlər:
- "shell access"ləri olan Vikimedia server inzibatçıları
- və ya 5 yanvar 2022-ci il və 5 iyul 2022-ci il tarixləri arasında Gerritdə hər hansı Vikimedia anbarına ən azı bir birləşdirilmiş öhdəlik götürmüşdür.
Əlavə meyarlar
- və ya 5 yanvar 2022-ci il və 5 iyul 2022-ci il tarixləri arasında nonwmf-extensions və ya nonwmf-skins-də hər hansı anbar üçün ən azı bir birləşdirilmiş öhdəlik götürmüşdür.
- və ya 5 yanvar 2022-ci il və 5 iyul 2022-ci il tarixləri arasında hər hansı Vikimedia alət anbarı (məsələn, magnustools) üçün ən azı bir birləşdirilmiş öhdəlik götürmüşdür.
- və ya Translateviki-də 5 iyul 2022-ci il tarixinə qədər ən azı 300, 5 yanvar 2022-ci il və 5 iyul 2022-ci il tarixləri arasında isə 20 redaktə etmiş olmalıdır.
- və ya Vikimedia vikilərində hər hansı alətlərin, botların, istifadəçi skriptlərinin, qadcetlərinin və Lua modullarının baxıcıları/töhfəçiləri.
- və ya Vikimedia ilə bağlı texniki inkişafın layihələndirilməsi və/yaxud nəzərdən keçirilməsi proseslərində əhəmiyyətli dərəcədə iştirak etmişlər.
Qeyd: Əsas meyarlara cavab versəniz, dərhal səs verə biləcəksiniz. SecurePoll-un texniki məhdudiyyətlərinə görə, əlavə meyarlara cavab verən insanlar digər meyarlardan hər hansı birinə cavab vermədikcə, birbaşa səs verə bilməyəcəklər. Əgər əlavə meyarlara cavab verdiyinizi düşünürsünüzsə, lütfən, səsvermə üçün son tarixdən ən azı dörd gün əvvəl, yəni 2 sentyabr 2022-ci il və ya ondan əvvəl əsaslandırma ilə board-elections lists wikimedia org elektron ünvanına e-məktub göndərin. Əgər meyarlara cavab versəniz, sizi səs verə bilmək üçün siyahıya əlavə edəcəyik.
Vikimedia Fondunun işçiləri və podratçılar
Cari Vikimedia Fondunun işçilər və podratçıları, 5 iyul 2022-ci il tarixinə Fond tərəfindən işə götürüldükləri təqdirdə səsvermə hüququna malikdirlər.
Vikimedia hərəkatı tərəfdaşlarının işçilər və podratçıları
- Cari Vikimedia Çapter, tematik təşkilat və ya istifadəçi qrupu işçiləri və podratçıları, 5 iyul 2022-ci il tarixindən etibarən təşkilatlarında işləmişlərsə, səsvermə hüququna malikdirlər.
- Hazırki Vikimedia Çapterlərinin, tematik təşkilatların və ya istifadəçi qruplarının nizamnaməsində müəyyən edilmiş formal qurumların üzvləri, 5 iyul 2022-ci il tarixinə bu funksiyaları yerinə yetirmişlərsə, səsvermə hüququna malikdirlər.
Tərəfdaşlar Komitəsi və Seçkilər Komitəsi uyğun Vikimedia Tərəfdaşlarının siyahısını 2022-ci il avqustun 1-dək təsdiq edəcək.
Wikimedia Fondunun idarə heyətinin üzvləri və Məsləhət Şurasının üzvləri
Vikimedia Fondunun Qəyyumlar Şurasının və Vikimedia Fondunun Məsləhət Şurasının hazırkı və keçmiş üzvləri.
Vikimedia Hərəkatı Komitəsinin üzvləri
Vikimedia Hərəkatı Komitələrinin hazırkı üzvləri, 5 iyul 2022-ci il tarixindən bu funksiyaları yerinə yetirmişlərsə, səsvermə hüququna malikdirlər.
Seçki Komitəsi 2022-ci il avqustun 1-dək səsvermə hüququ olan Vikimedia Hərəkatı Komitələrinin siyahısını açıqlayacaq.
Wikimedia Movement community organizers
Digər kateqoriyalar üzrə səsvermə hüququ olmayan yaxşı nüfuza malik icma təşkilatçıları aşağıdakılardan birinə cavab verdikdə səsvermə hüququna malikdirlər:
- 1 sentyabr 2021-ci ildən bəri ən azı bir Wikimedia Fondu qrantı üçün müraciət etmiş, almış və bu barədə məlumat vermiş.
- 5 yanvar 2022-ci il və 5 iyul 2022-ci il tarixləri arasında ən azı bir maliyyələşdirilən hakatonun, müsabiqənin və ya digər Vikimedia tədbirinin viki sənədləri və ən azı 10 iştirakçı/ziyarətçi/təmsilçinin təşkilatçısı olub.
Əlavə meyarlar
Əgər əlavə meyarlara cavab verdiyinizi düşünürsünüzsə, lütfən, səsvermə üçün son tarixdən ən azı dörd gün əvvəl, yəni 2 sentyabr 2022-ci il və ya ondan əvvəl əsaslandırma ilə board-elections@wikimedia.org elektron ünvanına e-poçt göndərin. Əgər meyarlara cavab verirsinizsə, sizi səs verə bilmək üçün siyahıya əlavə edəcəyik.