Türkdilli Vikimediaçılar üçün Vikidata Təlimləri 2022/Xəbərlər/7 İyun
Əziz dostlar,
İstanbul Vikidata Konfransı/Təlim Günləri üçün təqaüd müraciətlərinin artıq açıq olduğunu elan etməkdən məmnunam. Əgər türk icmasını təmsil edirsinizsə, türk dillərində Vikimediya layihələrində fəal iştirak edirsinizsə və ya Cənubi Qafqaz (İran da daxil olmaqla) bölgə icmalarından/dillərindən birini təmsil edirsinizsə, təqaüd üçün müraciət edə bilərsiniz. Müraciət formu 30 iyun 2022-ci il, 23:59 UTC tarixinə qədər açıqdır.
Ərizəçilər tam təqaüd üçün müraciət edə biləcəklər. Tam təqaüdə daxil olan, şəxsin gediş-dönüş səyahəti, birgə yaşayış və yemək xərcləri "Türkdilli vikimediyaçılar" istifadəçi qrupu tərəfindən təşkil edilən konfrans zamanı qarşılanacaq.
Konfrans 21-23 oktyabr 2022-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək.
- Türk Vikimediyaçıları üçün 2022 Vikidata Təlimləri haqqında ətraflı məlumat əldə etmək üçün ziyarət edin: https://w.wiki/53dX
- Təqaüd, qeydiyyat və ərizə forması haqqında ətraflı məlumat əldə etmək üçün müraciət edin: https://w.wiki/5FFv
Həmçinin, biz sizi "Türkdilli vikimediyaçılar" istifadəçi qrupu layihələri, tədbirləri haqqında məlumat və xəbərlər əldə etmək üçün poçt siyahımıza (https://w.wiki/5FFw) abunə olmağı tövsiyə edirik.
Hörmətlə, --Mehman 97 08:59, 7 June 2022 (UTC)