Universal Davranış Kodeksi/Yenidən işlənmiş icra təlimatları/Elan/Səsvermə 1
Universal Davranış Kodeksi üçün yenidən işlənmiş İcra Təlimatları üzrə qarşıdan gələn səsvermə
Hamınızı salamlayırıq,
Yanvarın ortalarında Universal Davranış Kodeksinin İcra Təlimatlarının icma tərəfindən ikinci ratifikasiya səsverməsi keçiriləcək. Bu, seçicilərin əksəriyyətinin İcra Təlimatlarını dəstəkləməsi ilə nəticələnən 2022-ci ilin martında keçirilən səsvermədən sonra baş verir. Səsvermə zamanı iştirakçılar icmanın mühüm problemlərini vurğulamağa kömək etdilər. Şuranın İcma Məsələləri Komitəsi bu narahatlıq doğuran sahələrin nəzərdən keçirilməsini tələb edib.
Könüllülərin rəhbərlik etdiyi Təftiş Komitəsi icma rəylərini nəzərdən keçirmək və dəyişikliklər etmək üçün gərgin şəkildə çalışdılar. Onlar təlim və təsdiq tələbləri, prosesdə məxfilik və şəffaflıq, sənədin özünün oxunaqlılığı və tərcümə oluna bilməsi kimi narahatlıq doğuran sahələri yenilədilər.
Yenidən işlənmiş İcra Təlimatlarına burada baxa bilərsiniz, dəyişikliklərin müqayisəsi isə burada mövcuddur.
Necə səs verməli?
Yanvarın 17-dən etibarən səsvermə başlayacaq. Meta-viki-dəki bu səhifə SecurePoll-dan istifadə edilməsi ilə səsvermə qaydası haqqında məlumatı əks etdirir.
Kimlər səs verə bilər?
Bu səsvermə üçün uyğunluq tələbləri Vikimedia Qəyyumlar Şurası seçkiləri üçün olanlarla eynidir. Seçicilər üçün tələblər barədə ətraflı məlumatı seçici haqqında məlumatlar səhifəsindən əldə etmək olar. Səsvermə hüququ olan seçicisinizsə, səsvermə serverinə daxil olmaq üçün Vikimedia hesabınızdan istifadə edə bilərsiniz.
Səsvermədən sonra nə baş verir?
Səslər müstəqil könüllülər qrupu tərəfindən yoxlanılacaq və nəticələr Vikimedia-l, Hərəkat üzrə Strategiya Forumu, Diff və Meta-viki-də dərc olunacaq. Seçicilər yenidən səs verə və qaydalarla bağlı narahatlıqlarını paylaşa biləcəklər. Qəyyumlar Şurası İcra Təlimatlarının necə ratifikasiya edilməli və ya hazırlanmalı olduğunu nəzərdən keçirərkən dəstək səviyyələrini və qaldırılan narahatlıqları nəzərdən keçirəcək.
UCoC Layihə Komandası adından,